...

Azərbaycanda dəniz limanları haqqında qanun qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 14:23 (UTC +04:00)
Milli Məclisin İqtisadi siyasət komitəsi cümə günü keçirdiyi iclasda "Dəniz limanları haqqında" qanun layihəsini plenar iclasda müzakirə etməyi tövsiyə edib.
Azərbaycanda dəniz limanları haqqında qanun qəbul ediləcək

Azərbaycan, Bakı, 31 yanvar/Trend, müxbir A. Axundov/

Milli Məclisin İqtisadi siyasət komitəsi cümə günü keçirdiyi iclasda "Dəniz limanları haqqında" qanun layihəsini plenar iclasda müzakirə etməyi tövsiyə edib.

Qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.

Qanun, eyni zamanda limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti