...

Azərbaycanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 20:09 (UTC +04:00)
2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal olunub.
Azərbaycanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

Statistik məlumatlara əsasən, il ərzində xarici ticarət dövriyyəsi 43,5 milyard ABŞ dolları təşkil edib və 2012-ci illə müqayisədə 2,7 faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşüb, nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti