...

Maliyyə Nazirliyi ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 18:12 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.
Maliyyə Nazirliyi ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Əliyev/

Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazlarının ilk emissiyası ilə bağlı "Barclays", "Deutsche Bank" və "Citi" banklarını səlahiyyətləndirib. Müvafiq olaraq 2014-cü il 3 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur.

Azərbaycan dünyanın aparıcı üç kredit reytinq agenliyinin - "Fitch" (BBB-), "Moody`s" (Baa3) və "Standard & Poor`s" (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti