...

Azərbaycanda ötən ay istehlak inflyasiyası 0,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

2014-cü ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti