...

"PAŞA Bank" Azərbaycan qiymətli kağızlar bazarında korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

27 fevral 2014-cü il tarixində ölkənin ən iri banklarından biri olan "PAŞA Bank" Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB) "PAŞA Kapital" şirkəti vasitəsilə korporativ investisiya qiymətli kağızlarla REPO əməliyyatını həyata keçirmişdir.

Bankın cümə günü yaydığı məlumata görə, əməliyyat zamanı REPO predmeti olaraq "PAŞA Bank"ın market-meyker rolunu oynadığı "Bakcell MMC"-nin istiqrazları çıxış etmişdir.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, Azərbaycan qiymətli kağızlar bazarı uzun müddət idi ki, bu növ əqdlərin bağlanmasına hazırlaşırdı.

"Biz şadıq ki, bu əqdin baş tutmasının səbəbkarlarından olub, Azərbaycan qiymətli kağızlar bazarının aktiv iştirakçısı olduğumuzu bir daha sübut edə bildik. Bu əməliyyatın həyata keçməsi bir daha göstərir ki, yerli qiymətli kağızlar bazarı böyük potensiala malikdir və lazımi istiqamətdə inkişaf edir. İnanırıq ki, baş tutmuş əməliyyat Azərbaycan qiymətli kağızlar bazarının inkişafına öz töhfəsini vermiş olacaq. İmkandan istifadə edərək, yerli qiymətli kağızlar bazarının bütün professional iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik", - deyə T. Kazımov yekunlaşdırdı.

"PAŞA Bank "- Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan "PAŞA" Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da "PAŞA" Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti