Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir A.Axundov/
İslam İnkişaf Bankı (İİB) ilə əməkdaşlığa başlayandan 2014-cü il yanvarın 1-dək Azərbaycan bankla 950,7 milyon dollar həcmində 19 kredit sazişi imzalayıb.
Trend-in məlumatına görə, barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2013-cü ilin yekunlarına dair hesabatda deyilir.
İİB-in kreditləri 16 layihə çərçivəsində cəlb edilib ki, onlardan 12-nin reallaşdırılması artıq başa çatıb.
2014-cü il yanvarın 1-dək 613,7 milyon dollar və ya bank tərəfindən verilən bütün vəsaitlərin 64,55 faizindən istifadə olunub.
Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür.
İİB öz fəaliyyətinə 1975-ci il oktyabrın 20-dən başlayıb.