...

"FINCA Azerbaijan"ın Ağdaş filialının yeni ofisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 18:47 (UTC +04:00)
Gündən-günə fəaliyyət dairəsini genişləndirən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının martın 17-də Ağdaş filialının yeni ofisinin açılış mərasimi keçirilib.
"FINCA Azerbaijan"ın Ağdaş filialının yeni ofisi açılıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Gündən-günə fəaliyyət dairəsini genişləndirən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının martın 17-də Ağdaş filialının yeni ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində təşkilatın ölkə üzrə direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Müştərilərinin ən ümdə maraqlarının və rahatlığının təmin olunmasına çalışan "FINCA Azerbaijan" müasir standartlara cavab verən Ağdaş filialının yeni ofisi vasitəsilə 7500 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərməyə davam edir. 49 nəfərdən ibarət işçi heyəti ilə 10 ildən artıq regionda fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıqla məşğul olan kiçik və orta sahibkarlardır.

9 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Ağdaş filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların həm şəxsi bizneslərinin inkişaf etdirilməsinə, həm də ailələrinin maddi durumlarının yaxşılaşdırılmasına köməklik göstərir. Təşkilatın sosial missiyasına sadiq qalaraq filial həm də rayonun sosial-ictimai həyatında aktiv iştirak edir.

Qeyd edək ki, FINCA Azerbaijan hazırda ölkənin bütün regionlarını əhatə edən 65 filialı vasitəsilə 150 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti