...

"AzSığorta" ASC-nin mənfəəti il ərzində 20 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2014 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycanın sığorta şirkəti "AzSığorta" ASC-nin aktivləri 2013-cü ildə fəaliyyət yekunları üzrə ilin əvvəlindəki 54,8 milyon manata qarşı 15,05 faiz artaraq 63,05 milyon manat təşkil edib. Bu barədə şirkətin bazar ertəsi rəsmi mətbuatda dərc etdiyi balans hesabatında deyilir.

Şirkətin maliyyə hesabatlılığı "İqtisadçı Audit MMC"-nin mütəxəssisi Çingiz Abbasov tərəfindən aparılıb.

Hesabata görə, 2013-cü ilin sonunda şirkətin uzunmüddətli aktivləri 58,97 faiz artaraq 21,54 milyon manat, qısamüddətli aktivləri isə 0,6 faiz illik artımla 41,26 milyon manat təşkil edib.

2013-cü ildə pul vəsaitlərində və onların ekvivalentlərində 29,38 milyon manat yığılıb. Bu həcmdən 1,25 milyon manat valyuta hesabında, 27,93 milyon manat isə depozit hesablarında yığılıb.

2013-cü ilin yekunları üzrə şirkətin ödənilmiş nizamnamə kapitalı dəyişməyərək 20,3 milyon manat səviyyəsində qalıb. Ötən ilin sonunda şirkətin məcmu kapitalı 2012-cu illə müqayisədə 11,35 faiz artaraq 36,59 milyon manat təşkil edib.

Şirkətin məcmu öhdəlikləri təqribən 20,55 faiz artaraq 26,46 milyon manat, kapitalı və ümumilikdə öhdəlikləri 63,05 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 45,14 milyon manat, xərcləri isə 25,23 milyon manat olub. Şirkət 2013-cü ili 15,93 milyon manatlıq mənfəətlə başa vurub.

"AzSığorta" ölkənin sığorta bazarında 2006-cı ilin noyabrından fəaliyyət göstərir. Şirkət sığortanın 35 növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti