...

"Moody’s" Unibank-ın reytinq proqnozunu artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2014 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsinədək, reytinq proqnozunu isə "Sabit"dən "Müsbət"ə yüksəldib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi "E+" səviyyəsində qiymətləndirilib.

Bankın proqnozunun artırılmasına səbəb yaxşı kapitallaşma və gəlirlilik olub. Agentliyin ekspertlərinin qiymətləndirmələrinə görə son illər ərzində bank sağlam aktivlərin keyfiyyətinin artırılmasını və möhkəm gəlirliliyi təmin edib.

Həmçinin reytinqə sabit maliyyə göstəriciləri, girovsuz istehlak kreditləşməsi və pərakəndə müştərilərin françayzinq aktivliyi təsir edib. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Bu günlərdə digər beynəlxalq reytinq agentliyi "Fitch Ratings" bankın uzunmüddətli reytinqini B "stabil" səviyyəsindən B "pozitiv"ə yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti