Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yaz-yay mövsümündə Rusiyanın Perm, Krasnoyarsk, Nijni Novqorod, həmçinin Belarusun Minsk şəhərinə yeni mütəmadi reyslər açmaq niyyətindədir.
Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, Rostova mövsümi aviareyslərin bərpa edilməsi planlaşdırılır: "Yeni reyslər tədricən açılacaq və bu proses mayda başlayacaq".