Azərbaycan, Bakı, 8 may /Trend/
Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, çoxillik bitkilərin istehsalçı qiymətləri 2,4 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 2,2 faiz, kartofun 0,3 faiz, baş soğanın istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 0,2 faiz, qırmızı turpun 4,8 faiz, göy soğanın 2,0 faiz, quru otun 0,5 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,2 faiz, almanın 13,9 faiz, fındığın istehsalçı qiymətləri 10,0 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) 0,1 faiz, diri qoyun və keçilərin 0,2 faiz, südün istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,7 faiz, diri ev quşlarının 4,2 faiz, quş ətinin (diri çəkidə) 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 7,6 faiz ucuzlaşıb.
Ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləridə 0,1 faiz, balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma müşahidə olunub.