...

Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının AmCham üzvləri ilə işgüzar görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 12:03 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilib.
Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının AmCham üzvləri ilə işgüzar görüşü keçirilib

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak edib.

"AmCham"ın bank-maliyyə-sığorta və vergi-gömrük komitələrinə üzv olan şirkətlərin nümayəndələri Vergilər Nazirliyinin əməkdaşları - nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisinin birinci müavini Elçin Məmmədov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəis müavini Həmid Zeynalov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbov ilə görüşüblər.

Tədbirin açılışında çıxış edən N.Şirinov nazirlik ilə Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayıb. Görüş zamanı N.Şirinov və Vergilər Nazirliyinin əməkdaşları palata üzvlərinə Azərbaycanda vergi qanunvericiliyində son dəyişik və əlavələr, həmçinin son islahatlar və vergi hesabatlığın "e-hökumət" vasitələri ilə həyata keçirilməsi perspektivləri haqqında məlumat verib.

Görüşün ikinci hissəsində Vergilər Nazirliyinin əməkdaşları işgüzar adamların suallarını cavablandırıb. Görüşün yekunu olaraq tərəflər dövlət ilə özəl sektor arasında qarşılıqlı dialoqu tənzimləməyə davam edən əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Azərbaycanda "AmCham" - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti