...

Dövlət Neft Fondu birinci rüb üçün büdcə gəlirləri və xərclərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 10:34 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri isə 2 443,3 milyon manat təşkil edib.
Dövlət Neft Fondu birinci rüb üçün büdcə gəlirləri və xərclərini açıqladı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri isə 2 443,3 milyon manat təşkil edib.

Trend-in Dövlət Neft Fonduna istinadən verdiyi məlumata görə, 2014-cü ilin ilk 3 ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 milyon manat vəsait ayrılıb. 3,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 16,9 milyon manat təşkil edib.

2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 10,1 milyon manat təşkil edib. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə ARDNF-nin büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri isə 50,7 milyon manat təşkil edib.

2014-cü il aprelin 1-nə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 2,07% artaraq 36 618,4 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti