...

Azərbaycan və Aİ qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 15:46 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı (Aİ) qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcək.
Azərbaycan və Aİ qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcəklər

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan və Avropa İttifaqı (Aİ) qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və QKDK-nın instituisional inkişafı" Tvinninq layihəsinin yekunlarının təqdimatına həsr edilmiş mətbuat konfransında deyib.

Layihə 20 ay ərzində Polşanın Maliyyə Nəzarəti Agentliyi ilə birgə və Aİ-nin vəsaitləri hesabına həyata keçirilib.

Aslanlı bildirib: "QKDK və Aİ-nin birgə layihələrin reallaşdırılmasında uğurlu təcrübəsi gələcəkdə də Avropa İttifaqının bu tip layihələrinə müraciət edəcəyimizi iddia etməyə əsas verir".

Onun sözlərinə görə, söhbət təkcə tvininq layihələrdən getmir: "Aİ-nin bizə lazım olan bilik və təcrübələri mübadilə etmək üçün müxtəlif alətləri var".

Öz növbəsində, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqının Azərbaycanla kapital bazarının inkişafı sahəsində əməkdaşlığını davam etdirmək niyyəti barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti