...

"Bank of Baku" uşaqları "Nağıllar Şəhərciyinə" dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2014 12:06 (UTC +04:00)
20 illik fəaliyyətini qeyd edən “Bank of Baku” korporativ sosial məsuliyyəti çərçivəsində özünün yeni layihəsini təqdim edir.
"Bank of Baku" uşaqları "Nağıllar Şəhərciyinə" dəvət edir

Azərbaycan, Bakı, 30 may /Trend/

20 illik fəaliyyətini qeyd edən "Bank of Baku" korporativ sosial məsuliyyəti çərçivəsində özünün yeni layihəsini təqdim edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Bank of Baku" Azərbaycanın üç əsas şəhəri-Bakı, Gəncə və Sumqayıtda-"Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq" adlı genişmiqyaslı sosial aksiyaya start verir.

Trend-in bankın cümə günü yaydığı xəbərə istinadən verdiyi məlumata görə, aksiyanın ideyası mövcud reallıqdan meydana gəlib. Belə ki, bu gün bir çox valideynlər mobil texnologiya və sosial şəbəkələrə hədsiz dərəcədə çox zaman ayırırlar.Aksiyanın məqsədi-uşaq və valideynlərin birgə vaxt keçirməsi üçün bayram əhval-ruhiyyəsini yaratmaqdır."Bank of Baku"-nun "Nağıllar Şəhərciyi" uşaqların sadəcə şən vaxt keçirdiyi yer deyil, onların yeni biliklərə yiyələnəcəyi məkan olacaq."Bank of Baku" ümivardır ki, aksiya heç bir uşağı biganə qoymayacaq.Uşaqların aksiyada iştirakı tamamilə pulsuzdur.

Aksiya çərçivəsində şəhərin mərkəzi küçələrində (ünvanlar aşağıda qeyd edilib) saat 15.00-dan 19.00-a kimi müxtəlif əyləncə növləri təşkil ediləcək:

-Valehedici sabun köpüyü şousu

-Face art-üzdə rəngləmə

-Lego fiqurları ilə oyunlar

-Kloun, sehrbaz və jonqlyorun çıxışları

-Nağıl qəhrəmanlarının sərgüzəştləri və sairə.

Keçirilmə məkanları:

• Bakı, Fəvvarələr meydanı,"Azərbaycan" kinoteatrının ətrafı
• Gəncə, Xan Bağı
• Sumqayıt, Nəsimi Parkı, "Göyərçin" heykəlinin ətrafı.

Tarix:
1 iyun 2014-cü il.
Saat: 15.00-19.00

Ətraflı məlumat:
145 Məlumat Xidməti
www.facebook.com/bankofbaku

www.bankofbaku.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti