Azərbaycanla Monteneqro arasında əməkdaşlıq sürətlə inkişaf edir (FOTO)

Azərbaycanla Monteneqro arasında əməkdaşlıq sürətlə inkişaf edir (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ötən ilin noyabrında Bakıda Monteneqronun fəxri konsulluğu açıldı. İki ölkə arasında mədəni-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılan konsulluğun fəaliyyəti, gələcək planları ilə bağlı məlumat almaq üçün fəxri konsul Vüqar Əliyevə müraciət etdik.

Həmsöhbətimiz əvvəlcə Azərbaycan-Monteneqro əlaqələrindən danışaraq iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrdə də əməkdaşlığa mühüm zəmin yaratdığını vurğuladı. Monteneqro (Çernoqoriya) 1992-ci ilədək keçmiş Yuqoslaviya federasiyasının tərkibində, federasiyanın dağılmasından sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olub, həmin il iyunun 3-də müstəqilliyini elan edib. Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, 2008-ci ildə iki ölkə arasında strateji əməkdaşlıq haqqında bəyannamə imzalanıb. 2010-cu ildə Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycanda rəsmi səfərdə olub. İkitərəfli münasibətlərə dair 10 müqavilə imzalanıb, iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlayıb. 2011-ci ildə paytaxt Podqoritsada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Ötən il Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərindən sonra ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub.

Fəxri konsul Vüqar Əliyev bu sırada turizm əlaqələrini xüsusilə qeyd edir. Ötən il yay turizmi mövsümündə Azərbaycandan Monteneqroya çarter uçuşları başlanıb: "İyunun əvvəlindən sentyabrın 8-dək davam edən 12 çarter reysi vasitəsilə, rəsmi statistikaya görə, 2 min nəfərdən çox vətəndaşımız bu ölkəyə turist kimi səfər edib. Bir şeyi də qeyd edim ki, Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün 2012-2013-cü illərdə yay turizm mövsümü ərzində - mayın 31-dən oktyabrın 30-dək müddətdə - vizasız rejim tətbiq edib. Bunun 2014-cü ildə də həyata keçirilməsi nəzərdə tutulur".

Müsahibimiz çarter reyslərinin qarşılıqlı olacağını qeyd etdi: "Azərbaycanlı olaraq bizim hədəfimiz əsasən ölkəmizə turistlərin cəlb edilməsidir. Bu il də bu məsələ bizim üçün prioritet olacaq. Ötən ildən Podqoritsa şəhərindəki diplomatik nümayəndəliyimiz viza verilməsinə başlayıb. Turist səfərlərində əsas problem adətən viza ilə bağlı olur. Bu problemin həlli ölkəmizə Monteneqrodan çoxsaylı turistin gəlməsinə zəmin yaradır. Digər tərəfdən, uçuşlar çatrer reyslərinin olmadığı adi vaxtlarda İstanbul üzərindən həyata keçirilir. Bu da 5 saata yaxın vaxt itkisi deməkdir. Qiymət baxımından da sərfəli olmur. Təbii ki, davamlı birbaşa uçuşlar daha əlverişli olardı".

Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib

"Monteneqroda Azərbaycanın tanıtımı istiqamətində hansı işlər görülür" sualımıza cavabında həmsöhbətimiz bildirdi ki, bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır: "2013-cü ildə Monteneqroda böyük Azərbaycan şairi Hüseyn Cavidin büstü ucaldıldı, Azərbaycan parkı açıldı. Açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etdi. Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib.

Bu ölkədə Azərbaycanın çox gözəl imici formalaşıb. Monteneqro əhalisi bizə çox hörmətlə yanaşır. Podqoritsada "Bela poli" deyilən bir məhəllə var, burada nisbətən kasıb əhali yaşayır. Bu bölgədə bizim ölkənin dəstəyi ilə bir uşaq bağçası və bir məscid təmir olunub. Sizə maraqlı olmuş bir hadisəni deyim ki ,bir azərbaycanlı həmin "Bela poli" adlı yerə gedəndə taksi sürücüsü soruşub ki, haralısınız? Azərbaycanlı olduğunu biləndə ondan pul almayıb ki, siz çox gözəl millətsiniz. Bizim ölkədə belə xeyirxah işlərlə məşğul olursunuz.

Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri iki ölkə arasında əlaqələrin inkişafına daha da təkan verdi. Azərbaycan bu ölkədə həm investor kimi, həm də dost ölkə rolunda yüksək səviyyədə təbliğ olunur".

Monteneqronun Azərbaycandakı fəxri konsulluğu da bu əlaqələrin genişlənməsinə, xüsusilə turizm istiqamətində layihələrin reallaşdırılmasına dəstək verir: "Ötən il başlanan çarter reyslərinin 2014-cü ildə qarşılıqlı olmasına çalışacağıq. Bir hədəfimiz də iki ölkə arasında vizasız rejimin tam tətbiqinə nail olmaqdır. Təbii ki, bu məsələ iki ölkə rəhbərliyinin dəstəyi ilə reallaşacaq.

Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz inkişaf edir. Monteneqrolu tələbələr Azərbaycan universitetlərində oxumağı çox istəyirlər. Eyni zamanda,Azərbaycanla Monteneqro arasında qarşılıqlı tələbə mübadiləsi də planlaşdırılır.

2014-cü ildə Azərbaycan və Monteneqro gənclərini bir araya gətirmək məqsədilə böyük bir tədbir keçirməyi də nəzərdə tuturuq. Podqoritsada Azərbaycan günləri,Bakıda isə Monteneqro günlərini keçirəcəyik. Məqsədimiz iki ölkənin gəncləri arasında bir körpü yaratmaq, onların bir-birini tanımasına nail olmaqdır".

"Yayda Monteneqrodan bir neçə turist qrupu qəbul etdik"

Vüqar Əliyevin sözlərinə görə, Azərbaycanın Podqoritsadakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan-Monteneqro Mədəniyyət və Ticarət Evi yaradılıb. Bu qurum həm də "AZPROMO"nun rəsmi tərəfdaşıdır: "Onların işi Azərbaycanı təbliğ etmək və iqtisadi əlaqələrin qurulmasıdır. Bundan başqa, Azərbaycanla Monteneqro arasında hökumətlərarası işçi komissiya da yaradılıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da bu komissiyanın üzvüdür. Milli Məclisdə Azərbaycan-Monteneqro parlamentlərarası dostluq qrupu da yaradılıb. 2014-cü ildə dostluq qrupunun üzvləri Monteneqroya səfər edəcək. Bütün bunların hamısı iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir.

Biz düşünürük ki, turizm əlaqələrini daha da genişləndirək. 2013-cü ildə "Millennium" turizm şirkəti Monteneqrodan bir neçə turist qrupu qəbul etdi. Onlar Bakıda, Şəkidə, Lerikdə oldular, ölkəmiz haqqında çox yüksək təəssüratlarla geri döndülər. Azərbaycan haqqında müəyyən qədər məlumatlı olsalar da, gözləri ilə gördükdən sonra daha aydın təsəvvürləri oldu və bunu da etiraf edirdilər. Monteneqrolu turistlər səyahətə çox üstünlük verirlər. Ailəvi səyahət etməyi sevirlər. Onlar əsasən Avropa ölkələrinə səfər edirlər. Çalışacağıq bundan sonra Azərbaycana da üstünlük versinlər. Monteneqro özü də turistlər üçün cəlbedici yerdir. Bu ölkənin çox gözəl təbiəti var. Büdcəsinin əsas hissəsi turizm gəlirləri hesabına formalaşır. Düşünürəm ki, Monteneqro ilə turizm əlaqələrimizin genişlənməsi Azərbaycanın eyni zamanda Avropaya çıxışına bir vəsilədir. Çünki bu ölkə Avropanın mərkəzində yerləşir. Azərbaycanın bu ölkədə tanınması həm də Avropada tanınması deməkdir".

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Loading Bars
Xəbər lenti
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Bütün xəbərlər