...

Nazir: Rusiya biznesi Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 12:59 (UTC +04:00)
Rusiya biznesi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdır.
Nazir: Rusiya biznesi Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdır

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Emin Əliyev/

Rusiya biznesi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdır. Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bazar ertəsi "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.

A.Ulyukayev bildirib: "Ölkənizdə yaradılmış texnoparkların şəraitinin cəlbediciliyini xüsusilə qeyd etmək istərdim. Burada rezidentlərə xeyli vergi və gömrük imtiyazları, həmçinin infrastruktura pulsuz çıxış imkanı təqdim edilib".

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan promouşen və reklamı aktivləşdirməlidir: "Bu, xüsusilə Rusiya biznesinin məlumatlandırılmasına aiddir. Rusiya biznesi bir çox halda texnoparklara və Azərbaycan iqtisdiyatının digər sahələrinə kapital qoyuluşu üçün sərfəli imkanlardan xəbərdar deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti