...

Bank Respublika pul köçürmələri edənlər üçün "Yaxınlarınıza daha yaxın" lotereyasını elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 14:51 (UTC +04:00)
İyulun 1-dən Sentyabrın 30-dək Bank Respublika-nın filial və şöbələrində pul köçürməsi edən müştərilər möhtəşəm lotereyanın iştirakçısı olacaqlar.
Bank Respublika pul köçürmələri edənlər üçün "Yaxınlarınıza daha yaxın" lotereyasını elan edir

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İyulun 1-dən Sentyabrın 30-dək Bank Respublika-nın filial və şöbələrində pul köçürməsi edən müştərilər möhtəşəm lotereyanın iştirakçısı olacaqlar. Lotereyanın əsas mükafatları pulu göndərən və ya pulu alan şəxsin yaşadığı ölkəyə 25 ədəd aviabiletidir (gediş-gəlişlə).

Beləliklə, hər bir göndərilən və ya qəbul edilən pul köçürməsi bir uduş şansına bərabərdir. Qeyd olunan 3 aylıq müddətin nəticəsi etibarı ilə 18 oktyabr 2014-cü il tarixində Bankın Baş Ofisində lotereyanın qalibləri müəyyən ediləcək. Lotereyada istənilən pulköçürmə sistemi vasitəsilə (Monex istisna olmaqla) 300 dollardan çox və ya bu ekvivalentdə digər valyutada aparılan pul köçürmələri iştirak edəcək.

Pulköçürmə əməliyyatından sonra müştəriyə təqdim edilən kassa çekindəki 25 unikal nömrə təsadüfi seçim nəticəsində müəyyən ediləcək. Həmin unikal nömrə qalib müştərinin identifikatoru olacaq.

Qalib müştəri aviabileti öz adına və yaxud onun köçürdüyü pulu qəbul edən şəxsin adına rəsmiləşdirə bilər.

"Bu gün Bankımızın 34 filial və şöbəsi əhaliyə xidmət göstərir, bunlardan 22 filial bölgələrin payına düşür. Öz növbəmizdə, bir bank olaraq, pul köçürmələri sahəsində yüksək növ xidmət və səmərəli şərtlər təklif etməklə, bu prosesdə həmvətənlərimizə etibarlı və faydalı tərəfdaş olmağa çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin davamı kimi "Yaxınlarınıza daha yaxın" kampaniyasının keçirilməsinə qərar verdik ki, müştərilərimiz yaxınlarını və ya ailə üzvlərini ziyarət edib birgə vaxt keçirmək imkanını hədiyyə qazansınlar", - deyə Bank Respublika-nın marketinq departamentinin direktoru Əli Daşdəmirov bildirib.

Lotereyanın şərtləri ilə daha ətraflı bankın rəsmi internet səhifəsində tanış olmaq olaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti