...

Qubada kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 15:19 (UTC +04:00)
Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb.
Qubada kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sınaq siyahıyaalınmada rayonun 6 inzibati ərazi dairəsi üzrə 2000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunub. Siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb olunub.

Əhali arasında tədbirlə əlaqədar kütləvi təbliğat və izahat işləri aparılıb, yerli "Şəfəq" qəzetində 4 məqalə nəşr edilib. 5 mart 2014-cü il tarixdə Quba rayon İcra Hakimiyyətində sınaq siyahıyaalınmanın keçirilməsi ilə əlaqədar şəhər və kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri və digər əlaqədar təşkilatların iştirakı ilə geniş müşavirə keçirilib.

Sınaq siyahıyaalma növbəti ildə aparılacaq ümumrespublika siyahıyaalınmasına yaxşı təcrübə olub, hazırlanmış proqram təminatı, çıxış cədvəlləri və s. təşkilati işlər sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti