...

İcazələrin elektron informasiya portalının xidmətlərindən iyunda 8400-ə yaxın istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 14:49 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyun ayında 8400-ə yaxın, indiyədək isə 279 minə yaxın internet istifadəçisi yararlanmışdır.
İcazələrin elektron informasiya portalının xidmətlərindən iyunda 8400-ə yaxın istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyun ayında 8400-ə yaxın, indiyədək isə 279 minə yaxın internet istifadəçisi yararlanmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyun ayında yerli istifadəçilərlə yanaşı, əsasən Rusiya, ABŞ, Türkiyə, İtaliya və Almaniyadan olmaqla 37 ölkədən istifadəçilər də portala müraciət etmişdir.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İyun ayında 2 qanunvericilik aktının layihəsi olmaqla, indiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti