...

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 16:59 (UTC +04:00)
2014-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşıb.
Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,2 faiz ucuzlaşıb.

Ay ərzində qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, südün, zeytun və günəbaxan yağlarının, alçanın, gilasın, albalının, əriyin, çiyələyin, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, makaron və vermişelin, kərə yağının, yumurtanın, almanın, şabalıdın, kökün, şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

İyun ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının qiymətlərində ucuzlaşma, parçaların, mebel və ev əşyalarının, alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu sərnişindaşıma tarifləri bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti