...

Azərbaycan sahibkarları idxal edilən mallar haqqında Gömrük İttifaqının gömrük orqanlarını məlumatlandırmağa məcbur edildilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 12:31 (UTC +04:00)
2014-cü il oktyabrın 1-dən Gömrük İttifaqının ərazisindən idxal edilən mallara əlavə tələblər tətbiq ediləcək.
Azərbaycan sahibkarları idxal edilən mallar haqqında Gömrük İttifaqının  gömrük orqanlarını məlumatlandırmağa məcbur edildilər

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Emin Əliyev/

2014-cü il oktyabrın 1-dən Gömrük İttifaqının ərazisindən idxal edilən mallara əlavə tələblər tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

Məlumatda deyilir: "Avrasiya İqtisadi Komissiyası (AİK) Kollegiyasının qərarına əsasən, həmçinin Gömrük İttifaqının gömrük sərhədlərindən keçən malların və nəqliyyat
vasitələrinin ilkin məlumat mübadiləsinin aparılması haqqında sazişə
müvafiq olaraq, 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Gömrük
İtttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə daxil olan
mallarla bağlı məcburi ilkin məlumatlandırma tələbi qüvvəyə minəcək. Gömrük İttifaqına üzv ölkələrin ərazisindən mal idxal edən azərbaycanlı sahibkarlar AİK saytından əlavə məlumat əldə edə bilərlər".

Qəbul edilmiş müvafiq qərara görə, Gömrük İttifaqının vahid gömrük ərazisi ilə daşıyıcı, o cümlədən gömrük daşıyıcısı onların Gİ-nin gömrük sərhədini keçənədək iki saat ərzində bu barədə ilkin məlumat verməlidir.

Maraqlanan şəxslər (onlara iqtisadi operatorlar, gömrük nümayəndələri, ekspeditorlar səlahiyyəti verilmiş, mallar sahiblik etmək, onlardan istifadə etmək və ya sərəncam vermək hüququna malik olan şəxslər və ya başqa şəxslər aiddirlər) ərazisində Gİ-nin gömrük sərhədi vasitəsilə mal yerdəyişməsi yerinin olduğu Gömrük Şurasına üzv dövlətin daşıyıcısına ilkin məlumat vermənin həyata keçirilməsi üçün malların gəlməsinə ən azı dörd saat qalmış mallar haqqında lazım olan məlumatlar təqdim edir.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2015-ci il yanvarın 1-dən Avrasiyaya inteqrasiya çərçivəsində Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqı bazasında yaradılacaq və ləğv ediləcək Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının yerini tutacaq iqtisadi ittifaqdır.

Aİİ-nin sahəsi 20 milyon kvadrat kilometrdən çoxdur, onun ərazisində yaşayan əhalinin sayı 170 milyon nəfərə yaxındır.

Aİİ-nin yaradılması haqqında üçtərəfli saziş 2014-cü il mayın 29-da Astana sammitində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti