...

Azərbaycanın iri bankının aktivləri il ərzində 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 15:25 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri il ərzində 25,2 faiz artaraq 2014-ci il iyulun 1-nə 8,04 mlrd. manata çatıb.
Azərbaycanın iri bankının aktivləri il ərzində 25 faiz artıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri il ərzində 25,2 faiz artaraq 2014-ci il iyulun 1-nə 8,04 mlrd. manata çatıb. Bu barədə cümə axşamı Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli ötən ilin birinci rübü ilə müqayisədə 23,4 faiz artaraq 2014-cü il iyulun 1-nə 5,522 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 588,6 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,543 mlrd. manata bərabər olub. Onların artımı 2013-cü il iyulun 1-nə nisbətən 4,1 faiz olub.

Bankın məcmu kapitalı il ərzində ötən ilin iyul ayının 1-nə nisbətən 29,2 faiz artaraq 989,1 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 563,3 mln. manata çatdırılıb.

Bankın gəlirləri 330,2 mln. manat təşkil edib. ABB-nin xalis mənfəəti 2014-ci il iyulun 1-nə 330,2 mln. manata çatıb.

2014-ci il iyulun 1-nə ABB-nin 2 035 532 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 709 bankomat və 7399 POS-terminaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti