...

ABŞ-ın sanksiyaları Azərbaycanda "Bank VTB"-nin işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2014 14:55
"Bank VTB Azərbaycan" ASC ötən gün ABŞ-ın Rusiyanın bir sıra banklarına qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, bank kartlarından istifadə etməklə vəsait və hesabların köçürülməsi üzrə əməliyyatlar daxil olmaqla, depozit və kredit müqavilələri ilə bağlı hər cür xidmət göstərməklə adi rejimdə işləyir.
ABŞ-ın sanksiyaları Azərbaycanda "Bank VTB"-nin işinə təsir etməyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlahə Məmmədli/

"Bank VTB Azərbaycan" ASC ötən gün ABŞ-ın Rusiyanın bir sıra banklarına qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, bank kartlarından istifadə etməklə vəsait və hesabların köçürülməsi üzrə əməliyyatlar daxil olmaqla, depozit və kredit müqavilələri ilə bağlı hər cür xidmət göstərməklə adi rejimdə işləyir. Bu barədə Trend-ə bankdan deyiblər.

Bankdan bildiriblər: "Qeyd edək ki, tətbiq edilmiş sanksiyalar müştərilərimizə heç cür təsir etməyəcək. Bank işlədiyi bütün valyutalarla xidmət və öhdəliklərin bütün spektrini təqdim etməyə davam edəcək. "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemlərinin nümayəndələri təsdiq ediblər ki, bankın plastik kartlarından həm ölkəmizin ərazisində, həm də xaricdə məhdudiyyətsiz istifadə etmək olar".

VTB qrupu bu gün yaydığı məlumatda ABŞ hakimiyyətinin bankın kapital cəlb etməsini məhdudlaşdıran qərarını təəssüflə qarşıladığını qeyd edib.

Məlumatda deyilir: "Fikrimizcə, bu, tam adekvat deyil, çünki VTB ABŞ-ın tənzimləyici orqanlarının tələbləri də daxil olmaqla, bütün qanunvericilik normalarına ciddi riayət edir. Onlar bundan yaxşı xəbərdardırlar. Buna görə də mövcuq qərarı siyasi əsaslı, ədalətsiz, hüquqi əsaslara zidd və qarşılıqlı iqtisadi zərər vurma kimi qiymətləndiririk".

Qrupun məlumatında bildirilir ki, ABŞ-ın hüquqları pozan qərarına baxmayaraq, VTB səhmdarları, müştəriləri və investorları qarşısında bütün öhdəliklərini yerinə yetirəcək: "ABŞ-ın VTB-nin kapital bazarına çıxışını məhdudlaşdırmaq qərarı bankın fəaliyyətinə və kredit qabiliyyətinə təsir etməyəcək".

Dünyada investorlar arasında yaxşı nüfuza malik olan VTB zərurət yaranarsa, resurslar cəlb edə biləcəyinə əmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti