...

"Parabank" kapitalını ikiqat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2014 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Parabank" ASC-nin 20 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 100 min səhm buraxılacaq.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın kapitalı təqribən 2 dəfə - 41,9 milyon manatadək, məcmu kapitalı isə 40,09 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti