...

Azərbaycanda minik avtomobillərinin istehsalı 5 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2014 18:01 (UTC +04:00)
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir.
Azərbaycanda minik avtomobillərinin istehsalı 5 dəfədən çox artıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatında bildirilir.

2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunmuşdu. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Hesabatda qeyd olunur ki, yanvar-avqust aylarında respublikada 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.

Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur.

2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti