...

Azərbaycan Britaniyaya hökumətlərarası komissiya yaratmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2014 16:08 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb.
Azərbaycan Britaniyaya hökumətlərarası komissiya yaratmağı təklif edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayıb, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib.

Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan nazir Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb, ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. O, Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.

Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri L.Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirib, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran nazir yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti