...

İran Rusiyaya balıq və balıq məhsulları ixrac edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2014 10:50 (UTC +04:00)
İran Rusiyaya balıq və balıq məhsulları ixrac etməyə hazır olduğunu bəyan edib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
İran Rusiyaya balıq və balıq məhsulları ixrac edəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran Rusiyaya balıq və balıq məhsulları ixrac etməyə hazır olduğunu bəyan edib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

İranın Balıqçılıq Təşkilatının sədri Həsən Salehi deyib ki, indiyədək balıq və balıq məhsulları sahəsində çalışan 10 şirkət Rusiyaya öz məhsullarını ixrac etmək üçün hazır olduğunu bildirib: "Rusiya ildə 100 min ton müxtəlif növ balıq və balıq məhsulları idxal edir və İranın Hörmuzqan əyalətinin RF-nin balıq və balıq məhsullarına olan təlabatının 60 faizini təmin etmək potensialı var".

H.Salehinin sözlərinə görə, İrandan Rusiyaya balıq və balıq məhsullarının ixracı ilə bağlı danışıqlar iki ölkənin prezidentlərinin Həştərxanda keçirilən görüşündə baş tutub.

Qeyd edək ki, ABŞ və Aİ ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunurdu. Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib. Sanksiyalardan sonra avqust ayında Rusiya ABŞ-da istehsal olunan "bütün növ ərzaq məhsullarının", o cümlədən "Avropa İttifaqından gətirilən bütün meyvə və tərəvəz", eləcə də balıq məhsullarının idxalının dayandırılacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti