...

DB-nin vitse-prezidenti AzKİL layihəsi ilə tanış oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2014 17:28 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DB-nin vitse-prezidenti AzKİL layihəsi ilə tanış oldu (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin movcud vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

H.Əsədov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə edildiyini və bu uğurların qazanılmasında DB tərəfindən həyata keçirilən layihələrin rolunu xüsusilə vurğulayıb.

Görüşdə Dünya Bankı ilə imzalanmış "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi", "II Azərbaycan kənd investisiya layihəsinə (AzKİL) əlavə vəsaitin ayrılması" layihələri müzakirə edilib və gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanlar müzakirə edilib.

L.Tak son illərdə aqrar sahədə həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən imzalanmış fərman və sərəncamların DB tərəfindən yüksək qiymətləndirildiyini və aqrar sahənin inkişafında mühüm rol oynadığını bildirib.

Sonra kənd təsərrüfatı naziri və bankın vitse-prezidenti AzKİL layihəsinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə, xüsusilə də layihənin on illiyi ilə əlaqədar Dünya Bankının Bakı ofisində "dəyirmi masa"da iştirak edib, hazırda həyata keçirilən AzKİL-2 layihəsinin icrasının statusu və gələcək perspektivlər barədə müzakirələr aparıblar.

Daha sonra tədbir iştirakçıları AzKİL üzrə əməkdaşlıq edən 15 icmanın nümayəndələri ilə görüş keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti