...

Gürcü sahibkarlar "Export Forum 2014"-də iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2014 08:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 noyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcü sahibkarlar "Export Forum 2014"-də iştirak edəcəklər.

Gürcüstan Sənaye-Ticarət Palatasından Trend-ə verilən məlumata görə, noyabrın 13-də Bratislavada, Slovakiyanın investisiyaların inkişafı və ticarəti agentliyi tərəfindən təşkil olunan "Export Forum 2014" beynəlxalq sərgisi planlaşdırılıb.

Tədbirin məqsədi xarici şirkətlərlə növbəti sektorlarda işgüzar münasibətlərin qurulmasıdır: avtomobillər, mühəndislik, energetika və informasiya texnologiyaları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti