...

Azərbaycan İtaliyada qlobal qidalanma problemlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2014 16:47 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2014-cü ilin 19-21 noyabr tarixlərində Roma şəhərində keçiriləcək II Beynəlxalq Qidalanma Konfransında iştirak etmək üçün İtaliyaya səfər edəcək.
Azərbaycan İtaliyada qlobal qidalanma problemlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2014-cü ilin 19-21 noyabr tarixlərində Roma şəhərində keçiriləcək II Beynəlxalq Qidalanma Konfransında iştirak etmək üçün İtaliyaya səfər edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, 1992-ci ildə keçirilmiş birinci konfransdan sonra yüksəksəviyyəli tədbir olan bu konfrans 21-ci əsrin qlobal qidalanma problemlərinə həsr olunmuş ilk hökumətlərarası dünya forumu olacaq.

Konfrans dünyanın bir çox ölkələrinin ərzaq, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq nazirlik və qurumlarından olan yüksəksəviyyəli şəxslərlə yanaşı, BMT-nin baş katibini, Roma Papasını, hökumətlərarası təşkilatların rəhbərlərini, tədqiqatçıları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Tədbirdə dünyanın 90-dək ölkəsinin kənd təsərrüfatı və səhiyyə nazirinin iştirakı planlaşdırılır.

Səfər çərçivəsində nazir H.Əsədovun FAO-nun baş direktoru, baş direktorun xüsusi müşaviri, İtaliyanın kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri və digər yüksəksəviyyəli şəxslərlə görüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti