...

Azərbaycanda prosessinq fəaliyyətinə müddətsiz icazə verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 18:06 (UTC +04:00)
Azərbaycanda prosessinq mərkəzlərinin fəaliyyətinə müddətsiz icazə verilib.
Azərbaycanda prosessinq fəaliyyətinə müddətsiz icazə verildi

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda prosessinq mərkəzlərinin fəaliyyətinə müddətsiz icazə verilib.

Trend-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 28 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Prosessinq fəaliyyətinə icazənin verilməsi və nəzarət Qaydaları" Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc edilib.

AMB təsdiq edilmiş hesabatlar əsasında prosessinq mərkəzlərinin fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Bundan başqa, xidmət mərkəzləri AMB-yə illik maliyyə hesabatı, növbəti il üçün biznes planı, beynəlxalq kart təşkilatlarının audit yoxlamasının hesabatı (beynəlxalq ödəniş kartlarının prosessinqi həyata keçirildikdə), həmçinin mərkəzin idarəetmə strukturunda dəyişikliklər haqqında informasiyanı təqdim etməlidirlər.

Prosessinq mərkəzlərinin fəaliyyətinin dayandırılması və icazənin geri alınması aşağıdakı hallarda AMB tərəfindən həyata keçiriləcək:

-icazə verildikdən sonra 12 ay ərzində məzrkəzin fəaliyyətinə başlanılmadıqda;

- xidmət mərkəzi fəaliyyətində aşkar olunmuş pozuntu hallarının aradan qaldırılmasına dair Mərkəzi Bankın göstərişlərini vaxtında yerinə yetirmədikdə;

- mərkəzin özünün müraciət olduqda.

Prosessinq fəaliyyətini göstərən xidmət mərkəzləri bu qaydaların qüvvəyə minməsindən sonra 1 il ərzində fəaliyyətlərini bu sənədlərə uyğunlaşdırmağı təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti