...

Vergidən yayınan 33 nəfər Azərbaycandan çıxa bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 17:48 (UTC +04:00)
Azərbaycanda vergidən yayınan 39 nəfərin ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Vergidən yayınan 33 nəfər Azərbaycandan çıxa bilməz

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanda vergidən yayınan 39 nəfərin ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsinin 23.1.16-cı maddəsində əsasən, dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə vergi orqanları tərəfindən icra məmurlarına müraciət edilir.

"İcra haqqında" qanunun 84-1.1-ci maddəsinə əsasən isə dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılır.

2014-cü il ərzində 39 fiziki şəxsin ölkədən getmək hüququ vergi orqanlarının təşəbbüsü ilə qanunamüvafiq qaydada məhdudlaşdırılıb. Onlardan 6 nəfəri dövlət büdcəsinə olan vergi borclarını tam həcmdə ödədikləri üçün həmin fiziki şəxslərin üzərindən bu məhdudiyyət götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti