...

QDİƏT ölkələri Bakıda gömrük prosedurlarının sadələşdirilməsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2014 19:48 (UTC +04:00)
İqtisadi təhlükəsizliyin təminatı hər bir ölkənin prioritetidir və bununla əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi çox vacibdir.
QDİƏT ölkələri Bakıda gömrük prosedurlarının sadələşdirilməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Maksim Tsurkov/

İqtisadi təhlükəsizliyin təminatı hər bir ölkənin prioritetidir və bununla əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi çox vacibdir.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənquliyev Bakıda keçirilən QDİƏT-ə üzv ölkələrin gömrük idarələri rəhbərlərinin iclasında deyib.

İclasın mövzusu ticarətin asanlaşdırılması məsələsində gömrük xidmətlərinin təşəbbüsləri olub.

R.Həsənquliyev bildirib ki, bu tədbir təşkilata daxil olan ölkələrin gömrük xidmətləri arasında təcrübə mübadiləsinə kömək etməlidir.

Tədbirin yekunu üzrə Bakı Bəyannaməsi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti