...

Sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2014 16:19 (UTC +04:00)
Sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər.
Sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Məlumat verildiyi kimi, "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2015-ci ildə "İqtisadi kooperasiya" üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə 28-30 oktyabr tarixlərində Bakı Biznes Tədris Mərkəzində namizədlərin seçilməsi üzrə müsabiqə keçirilib.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihələr üzrə rəhbəri Ronald Şults və layihələr üzrə meneceri Lyudmila Metzdorf tərəfindən keçirilmiş müsabiqədə iştirak edən 52 sahibkar və menecerdən 33-ü (67,3%) müsabiqədən müvəffəqiyyətlə keçib.

Onlardan 22-si (ingilisdilli qrup) 2015-ci ilin mart ayında, 3-ü (ingilisdilli qrup) 2015-ci ilin oktyabr ayında, 8-i isə 2015-2016-cı illərdə aqrar və tibb sahələrində beynəlxalq qrupların tərkibində Almaniyada ixtisasartırma kurslarında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti