...

Misir Azərbaycan investisiyalarına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 10:45 (UTC +04:00)
"Misir hökuməti ölkə iqtisadiyyatının bərpası üçün Azərbaycan investisiyalarına maraq göstərir. Bu maraq hökumətin rəsmi şəxsləri ilə görüşlərdə dəfələrlə ifadə olunub".
Misir Azərbaycan investisiyalarına maraq göstərir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Səba Ağayeva/

"Misir hökuməti ölkə iqtisadiyyatının bərpası üçün Azərbaycan investisiyalarına maraq göstərir. Bu maraq hökumətin rəsmi şəxsləri ilə görüşlərdə dəfələrlə ifadə olunub". Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

Misir hökumətində iqtisadiyyat, infrastruktur, aqrar sektor və digər sahələrə Azərbaycanın investisiyalarının cəlb edilməsi imkanlarına baxılır.

Misir iqtisadiyyatına sərmayələrin yatırılmasına Azərbaycan tərəfi də maraq göstərir. Diplomatın sözlərinə görə, lakin bunun üçün ölkə hakimiyyətindən həmin investisiyaların, eləcə də gələcəkdə Misirdə çalışacaq Azərbaycan şirkətlərinin nümayəndələrinin təhlükəsizliyi üçün zəmanət alınması vacibdir.

Onun sözlərinə görə, Misirin yeni hökuməti tədricən öz işini qurur: "İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. İclas zamanı gələcək əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq".

Əməkdaşlığın perspektivli sahələrindən biri turizmdir. Bu sahədə əməkdaşlığa təkan vermək məqsədilə birbaşa aviareyslərin açılması imkanları nəzərdən keçirilir və bu məsələ hazırda gündəlikdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti