...

Mərkəzi Bank ödəniş kartları ilə dələduzluğa qarşı mübarizəni davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 15:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün “Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri” mövzusunda seminar keçirilib.
Mərkəzi Bank ödəniş kartları ilə dələduzluğa qarşı mübarizəni davam etdirir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün "Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri" mövzusunda seminar keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, seminarda ödəniş kartları üzrə baş verən dələduzluq halları üzrə son statistik rəqəmlər və mövcud trendlər, daha geniş yayılmış dələduzluq halları və bu hallara qarşı mübarizə tədbirləri, habelə bu sahədə beynəlxalq təcrübə haqqında geniş məlumat verilib.

Müzakirələr zamanı ödəniş kartları ilə dələduzluq hallarına qarşı mübarizə tədbirləri, "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən bu istiqamətdə həyata keçirilən son yeniliklər ətrafında da müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti