...

Azərbaycan yerli və beynəlxalq kapital bazarlarında istiqrazların yerləşdirilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ildə Azərbaycan Maliyyə Nazirliyi xarici və milli valyutalarda dövlət istiqrazlarının yerləşdirilməsi üçün daxili və beynəlxalq maliyyə bazarlarında konyunkturanı öyrənmək niyyətindədir.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev müvafiq tapşırığı ötən gün "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı fərmanda verib.

Maliyyə Nazirliyinə konyunktura bazarından asılı olaraq dövlət istiqrazlarının buraxılması üçün həcm, tədavül müddəti və digər parametrləri müəyyənləşdirmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti