...

Bakıdan Sumqayıta daha rahat və tez

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2015 16:35 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları” QSC Bakı və Sumqayıt şəhərlərini birləşdirən dəmir yolunun yenidən qurulmasını planlaşdırır.
Bakıdan Sumqayıta daha rahat və tez

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Bakı və Sumqayıt şəhərlərini birləşdirən dəmir yolunun yenidən qurulmasını planlaşdırır. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) Bakı və Sumqayıt arasında sürət dəmir yolu xəttinin yaradılması layihəsi üzərində çalışırlar: "Hazırda bu cür layihə yaradılır. Həmçinin, mütəxəssislər artıq mövcud infrastrukturla tanış olublar. Layihə 50 kilometrə yaxın dəmir yolu örtüyünün yenidən qurulmasını, enerji və siqnal təchizatı sistemlərinin yenilənməsini və modernləşdirilməsini nəzərdə tutur. Habelə, layihə çərçivəsində 10 sərnişin vaqonunun alınması planlaşdırılır".

Bununla yanaşı, mətbuat xidmətinin rəhbəri qeyd edib ki, layihənin reallaşdırılması müddəti, işlərin həcmi və onun dəyəri haqqında qiymətləndirmə və araşdırma işləri başa çatdıqdan və AİB-in müvafiq qərar qəbul etməsindən sonra danışmaq mümkün olacaq.

N.Əzməmmədovun sözlərinə görə, hazırda Bakı ilə Sumqayıt arasında dəmir yolu xətti mövcuddur. Qatar Bakıdan ("Böyükşor" stansiyasından) Sumqayıta yerli vaxtla saat 04:40 və 18:40-da yola düşür.

Eyni zamanda, o bildirib ki, bu layihənin reallaşdırılması marşrutu Bakı sərnişin vağzalına qədər çatdırmağa imkan verir. "Həmçinin, layihə Bakı ilə Sumqayıt arasında dəmir yolu reyslərinin sayını artırmağa imkan verəcək və hər gün minədək sərnişinin daşınmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti