...

AXA MBASK "Sığortalı gələcək" uşaq rəsm yarışmasının qaliblərini açıqladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 17:15 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti “Sığortalı gələcək” adlı uşaq rəsm yarışmasının nəticələrini yekunlaşdırdı.
AXA MBASK "Sığortalı gələcək" uşaq rəsm yarışmasının qaliblərini açıqladı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

AXA MBASK sığorta şirkəti "Sığortalı gələcək" adlı uşaq rəsm yarışmasının nəticələrini yekunlaşdırdı. Yarışma "Sığorta uşaqların gözü ilə" mövzusunda" iki yaş qrupu üzrə: 6 yaşdan 8 yaşadək və 9 yaşdan 12 yaşadək uşaqlar arasında aparılmışdır.

Yarışmada istənilən bədii texnika və uşaqlar üçün əlverişli olan istənilən materiallarla: akvarel, quaş, təbaşir, flomaster, karandaş, pastel və s. ilə işlənmiş uşaq rəsmləri iştirak etmişdir. Ən yaxşı işlərin seçilməsi üçün əsas meyarlar: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi olmuşdur. Lakin əsas diqqət yalnız ustalığa və icra texnikasına deyil, həm də rəsmin çəkilməsi zamanı gənc rəssamların sərbəstliyinə yetirilmişdir.

Beləliklə, kiçik yaş qrupunda qaliblər aşağıdakılar olmuşdur:

3-cü yer (100 manat) - Hacıyeva Nuray (7 yaş)
2-ci yer (200 manat) - Əliyeva Leyla (8 yaş)
1-ci yer (300 manat) - Ryabçikova Aelita (7 yaş)

Yuxarı yaş qrupunda qaliblər aşağıdakılar olmuşdur:

3-cü yer (100 manat) - Əliyev Murad (9 yaş)
2-ci yer (200 manat) - İsayeva Aydan (9 yaş)
1-ci yer (300 manat) - Nəcəfzadə Zeynəb (10 yaş)

Münsiflər heyətinin qərarı ilə Həsənova Nazilənin (10 yaş) "Gələcək sığortaçının siması" adlı işi xüsusi mükafata (150 manat) layiq görülmüşdür.

Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında www.axambask.az, eləcə də AXA MBASK SŞ baş ofisində yerləşdiriləcəkdir.

Biz, dəvətimizə səs verərək yarışmada iştirak etmiş hər kəsə - uşaqlara, valideynlərə və rəhbərlərə səmimi qəlbdən təşəkkür edirik.

Şirkət gələcəkdə də uşaqların və valideynlərin iştirakı ilə müxtəlif tədbirlərin təşkil edilməsini və keçirilməsini planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti