...

İqtisadiyyat və Sənaye Nazirliyində geniş iclas keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2015 17:48 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların icrasına həsr olunmuş geniş iclas keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyində geniş iclas keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların icrasına həsr olunmuş geniş iclas keçirilmişdir.

İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsində, biznes və investisiya mühitinin, əhalinin rifahının daha da yaxşılaşmasında xüsusi əhəmiyyətini vurğulamışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ili görülən genişmiqyaslı işlər, həyata keçirilən layihələr və əldə olunan uğurlu nəticələrlə zəngin olmuşdur. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Belə ki, dövlət başçısı Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.

Konfransda həmçinin, dövlət başçısı tərəfindən sənaye parklarının, metallurgiya kompleksinin təşkili işinin davam etdirilməsi, sənaye məhəllələrinin yaradılmasına başlanması, Mingəçevirin sənaye şəhəri kimi inkişaf etdirilməsi vəzifələri müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqroparkların tikintisinin genişləndirilməsi, bütün şəhərlərdə "yaşıl marketlər"in yaradılması, əsas ərzaq məhsulları üzrə özünü təminetməyə tam nail olunması barədə tapşırıqlar vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti