...

"PAŞA Həyat" şirkətinin iştirakı ilə beynəlxalq görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 14:51 (UTC +04:00)
12 fevral 2015-ci il tarixində Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Almaniyanın “Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı”nın (DGUV) rəsmi şəxsləri ilə “PAŞA Həyat” şirkətinin rəhbərliyinin işgüzar görüşü keçirilib.
"PAŞA Həyat" şirkətinin iştirakı ilə beynəlxalq görüş keçirilib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

12 fevral 2015-ci il tarixində Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Almaniyanın "Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı"nın (DGUV) rəsmi şəxsləri ilə "PAŞA Həyat" şirkətinin rəhbərliyinin işgüzar görüşü keçirilib.

"PAŞA Həyat"ın İctimaiyyətlə Əlaqələr Xidmətinin Trend-ə verdiyi məlumata görə, görüş "Azərbaycanda əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası" mövzusuna həsr olunub.

Tədbridə görüş iştirakçıları əməyin mühafizəsi, bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə problemlərin təhlili və aradan qaldırılmasına dair geniş müzakirələr edib, həmçinin bu sahədə həyat sığortasının gələcək inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə bədbəxt hadisələrdən sosial sığorta sahəsində 130 illik tarixi olan və bu günədək uğurla tətbiq edilən Alman modelinin Azərbaycanda öyrənilməsi və tətbiq olunmasının böyük fayda verəcəyi xüsusi qeyd edilib.

Görüşün nəticəsi olaraq, tərəflər gələcəkdə əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və həyat sığortası sahəsində yaradılmış əməkdaşlıq münasibətlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti