...

Novruz sevincini "AtaBank"la yaşa

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2015 17:34 (UTC +04:00)
"AtaBank" ASC öz rəsmi "Instagram" səhifəsində “Novruz sevincinizi “AtaBank” ilə yaşayın!” şüarı altında hədiyyəli kampaniyaya start verir.
Novruz sevincini "AtaBank"la yaşa

Azərbaycan, Bakı, 23 fevral /Trend/

"AtaBank" ASC öz rəsmi "Instagram" səhifəsində "Novruz sevincinizi "AtaBank" ilə yaşayın!" şüarı altında hədiyyəli kampaniyaya start verir.

"Instagram" sosial şəbəkəsində "AtaBank" ASC-nin səhifəsinə abunə olaraq (follow) Novruz bayramı və sevinci mövzusunda şəkilləri açıq və #atabanklanovruz heşteqi ilə yerləşdirən istifadəçilər arasında qalib seçiləcək.

Bir ay ərzində davam edəcək müsabiqədə bir qalib müəyyən ediləcək və qalibin adı 29 mart 2015-ci il tarixində elan olunacaq. Hər zaman bir addım öndə və hər addımında yenilik etməyi özünə hədəf qoyan "AtaBank" ASC qalibi innovativlik və müasirlik nümunəsi olan "iPhone 6" smartfonu ilə mükafatlandıracaq.

Müsabiqənin şərtləri isə cox asandır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı keçidə daxil olmaq kifayətdir: http://i.instagram.com/atabank_asc/

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti