...

"Fitch Ratings" Azərbaycanda manatın məzənnəsinin ucuzlaşması üzrə tədbirləri dəstəklədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2015 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Azad Həsənli/

Azərbaycan manatının məzənnəsinin dollara nisbətdə ucuzlaşması büdcə və xarici düzəlişlərə yardım edəcək ki, bu da neftin qiymətinin ucuzlaşması fonunda müsbətdir.

Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda deyilir.

Qeyd olunur ki, 2014-2015-ci illərdə rus rublu və türk lirəsinin məzənnələrinin azalması nəticəsində manatın mübadilə məzənnəsinin real səmərəsinin kəskin artması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı üzrə tədbirlərə mənfi təsir edərdi.

Hesabatın müəlliflərinin fikrincə, bu, şərti öhdəliklərin yaranması riski daşıyır, xüsusilə də bank sektorunda: "Hərçənd Azərbaycanın güclü dövlət balansı davamlılığın əhəmiyyətli ehtiyatını təmin edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 37,1 milyard dollar təşkil edir ki, bu da 2014-cü ilin sonuna ÜDM-in 49 faizinə ekvivalent təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti