...

"TuranBank"ın kredit portfeli xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2015 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Maliyyə rəqəmlərinə əsasən, 2015-ci ilin yanvar ayında "TuranBank"ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 303,5 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın kredit portfeli isə ötən ilin yanvar ayı ilə müqayisədə 26,5% artaraq 225,6 mln. manata çatıb.

Cari ilin yanvar ayında bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artaraq 137,6 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72 mln. manat olub.

31 yanvar 2015-ci il tarixinə bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 47 mln. manat, məcmu kapitalı isə 8,9% artaraq 55,8 mln. manat təşkil edib.

2015-ci ilin ilk ayı üzrə fəaliyyət nəticələrinə əsasən, bankın gəlirləri 3,091 mln. manat, xərcləri isə 2,289 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti (vergidən əvvəlki) 802 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti