...

Belarus şirkəti Azərbaycanda rels bəndlərinin hissələrini istehsal edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2015 12:30 (UTC +04:00)
Belarusun rels bəndləri hissələrinin istehsalçısı - "DOR-MPZ" QSC Azərbaycanda istehsalat qurmağı planlaşdırır.
Belarus şirkəti Azərbaycanda rels bəndlərinin hissələrini istehsal edə bilər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Elyaz Şəfiyev/

Belarusun rels bəndləri hissələrinin istehsalçısı - "DOR-MPZ" QSC Azərbaycanda istehsalat qurmağı planlaşdırır. Bunu Trend-ə şirkətin direktoru Mixail Velyuxa deyib

Onun sözlərinə görə, mayda Minskdə MDB dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçiriləcək: "Biz Minskdə Azərbaycan tərəfindən məhsullarımızı təqdim etməyi planlaşdırırıq. Əgər razılığa gələ bilsək, komplekt hissələrin 80-90 faizi Azərbaycanda istehsal ediləcək".

M.Velyuxa qeyd edib ki, hazırda şirkət məhsulları ilə Belarus, Qazaxıstan, Moldova və Polşanı təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti