Azərbaycan, Bakı, 6 aprel /Trend/
Aprelin 3-ü ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib.
Trend-in məlumatına görə, ölkəmizdə dolların rəsmi məzənnəsi 1.0487 (aprelin 3-ü 1.0486) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası bahalaşaraq 1.1521 (1.1401) manat olub.