...

"A-Qroup" sığorta haqlarını 12 faizdən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2015 18:46 (UTC +04:00)
"A-Qroup" sığorta şirkəti 2015-ci ilin I rübü üçün maliyyə fəaliyyətinin yekunlarını açıqlayıb.
"A-Qroup" sığorta haqlarını 12 faizdən çox artırıb

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"A-Qroup" sığorta şirkəti 2015-ci ilin I rübü üçün maliyyə fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata əsasən, cari ilin ilk üç ayının nəticələrinə əsasən sığorta haqlarının həcmi 2014-cü ilin eyni hesabat dövrü ilə müqayisədə 12,5% artıb.

Ümumi sığorta yığımının əsas hissəsi, həmişə olduğu kimi, könüllü tibbi sığortanın payına düşür və 1 438 285,40 AZN təşkil edir. KASKO üzrə mükafatların həcmi 23%, əmlak sığortası üzrə mükafatlarının həcmi isə 55% artıb.

"A-Qroup" sığorta şirkətinin ödənişləri 778 500,02 AZN-ə çatıb. Bu məbləğ 2014-cü ilin analoji dövrünün nəticələrini 80% ötüb. Könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 100% çoxdur.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir. Bu, bir daha "A-Qroup" sığorta şirkətinin öz öhdəliklərini müntəzəm yerinə yetirdiyini təsdiq edir.

"A-Qroup" sığorta şirkəti sığorta bazarında 20 ildən artıqdır fəaliyyətini uğurla davam etdirir və 14 könüllü sığorta növü üzrə xidmət göstərir. "A-Qroup" Beynəlxalq Maliyyə Kooperasiyası (IFC) tərəfindən korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə pilot proqramın ikinci mərhələsində seçilmiş yeqanə sığorta şirkətidir. SŞ növbəti dəfə ISO 9001 keyfiyyət standartlarına uyqunluğunu təsdiqləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti