...

Azərbaycan AYİB-in Müdirlər Şurasının illik toplantısında təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 15:30 (UTC +04:00)
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü illik toplantısı öz işinə başlayıb.
Azərbaycan AYİB-in Müdirlər Şurasının illik toplantısında təmsil olunur

Azərbaycan, Bakı, 14 may /Trend/

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü illik toplantısı öz işinə başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə AYİB-in əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

İllik toplantıda AYİB-in növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə ediləcək.

Tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdir, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AYİB-in Müdirlər Şurasının illik toplantısı mayın 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti