...

Belarus Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 12:56 (UTC +04:00)
Belarus Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Belarus Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Ənvər Məmmədov/

Belarus Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu barədə Trend-ə cümə axşamı IX Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı" və XXI Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgilərinin açılış mərasimində Belarusun baş nazirinin müavini Vladimir Semaşko deyib.

Onun sözlərinə görə, Belarusun elmi müəssisələri bu sahədə azərbaycanlı həmkarları ilə bilik və nailiyyətlərini bölüşməyə hazırdır: "Biz bitkiləri xəstəlikdən qorumaq üçün biopestid və bioloji preparatların tətbiq edilməsi sahəsində bilik və nailiyyətlərimizi bölüşə, azərbaycanlı həmkarlarımızı neft və neft məhsulları ilə çirklənmiş ərazilər də daxil olmaqla, torpağın təmizlənməsi və rekultivasiyası üçün nəzərdə tutulmuş biopreparatlarla tanış edə bilərik".

V.Semaşko bildirib ki, Bakıda keçirilən sərgilərdə Belarusun milli stend ilə təmsil olunması kənd təsərrüfatı sahəsində Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyir: "Belarusun sərgi meydançasında kənd təsərrüfatının bütün istiqamətləri üzrə ölkənin 60-dan çox şirkətinin məhsulu təqdim olunur".

Son olaraq baş nazirin müavini qeyd edib ki, Belarus Azərbaycanın kənd təsərrüfatı sahəsində bütün nailiyyətləri və uğurlarına sevinir, həmçinin aqrar sahənin inkişafını davam etdirəcəyinə ümid etdiyini dilə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti